• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ötən il onkoloji xəstəlik aşkar olunan uşaqların SAYI AÇIQLANDI

CƏMİYYƏT

15 Fevral 2022 | 12:13 | Müəllif: Qalib İbrahimoğlu

Ötən il onkoloji xəstəlik aşkar olunan uşaqların SAYI AÇIQLANDI

“2021-ci ildə Uşaq Onkoloji Klinikasında170 uşaqda onkoloji xəstəlik aşkar olunub və hamısı müvafiq protokollar əsasında müalicə alıb”.

Bakıvaxtı.az xəbər verir ki. bunu Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının müdiri Reynman İsmayılzadə deyib.

Onun sözlərinə görə, bilmək lazımdır ki, uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir və uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1.5%-ni təşkil edir. Uşaqlarda onkologiyanın əsas hissəsini embrional şişlər əhatə edir. Bunların içində leykemiyalar (28%), mərkəzi sinir sisteminin şişləri (18-20%) və limfomalara (12-14%) daha çox rast gəlinir: “Digər bədxasssəli şişlər, məsələn, nefroblastoma, neyroblastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda 6-7%-dir. Böyüklərdə təsadüf edən xərçəng xəstəlikləri (mədə-bağırsaq, ağciyər, süd vəzi xərçəngi və.s) uşaqlarda çox nadir hallarda rast gəlinir. Müasir müalicə metodları daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür”.

Uşaqlarda xərçəng xəstəliklərinin yaranma səbəbinə gəlincə, R.İsmayılzadə deyib ki, valideynlərin qeyri-sağlam həyat tərzi, onların hormonal preparatlar qəbul etməsi, düzgün olmayan qidalanması uşaqlarda törəmələrin əmələ gəlməsinə təsir göstərə bilər. Onun sözlərinə görə, bəzən uşaqlarda ana bətnində olarkən şişlər yaranır. Bunu ultrasəs müayinəsi zamanı görmək mümkündür: “Bəzi onkoloji xəstəliklər ana bətnində olsa da körpə dünyaya gələndən sonra öz-özünə spontan olaraq reqressiya edə, yəni geriyə inkişaf edə bilər. Ana bətnində uşağa diaqnoz qoyulursa, yalnız körpə doğulandan sonra tədbirlər görülür, yəni ana bətnində şişlər götürülmür. Körpə doğulan kimi müayinə olunur, kimya terapiya və cərrahi müalicə tətbiq olunur. Lakin şüa terapiya tətbiq edilmir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR