• Bakı 14° C

    1.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ötən ildə ən çox bu söz işlədilib

CƏMİYYƏT

21 Yanvar 2024 | 20:07 | Müəllif: Subhan Mahmudov

Ötən ildə ən çox bu söz işlədilib

İngilis dilinin ən tanınmış mənbələrindən biri olan "Merriam-Webster" lüğəti 2023-cü ilin sözü olaraq "orijinal"ı (authentic) təyin edib.

Bakıvaxtı.az bildirir ki,  "Merriam-Webster"in internet saytında yazılana görə, bu ilki sözə maraq süni intellekt və sosial mediadakı proseslərdən qaynaqlanıb.

İlin ən çox işlədilən sözü olan "orijinal" "2023-cü ilin sözü" elan edilib, çünki il ərzində axtarış nisbətlərində bu sözdə artım müşahidə olunub.

"Orijinal"ın populyarlaşmasının səbəbi "gerçək" və "saxta" arasındakı xəttin getdikcə bulanıqlaşması olaraq izah edilib.

Ən çox axtarılan digər söz isə saxta videolara imkan verən və süni intellektə əsaslanan texnologiya üçün istifadə edilən "deepfake" sözü olub.

Xatırladaq ki, "Merriam-Webster" lüğəti "bir insanın öz həqiqətlərini şübhə altına almasına səbəb olacaq şəkildə manipulyasiya edilməsi" üçün istifadə edilən "gaslighting" terminini "2022-ci ilin sözü" olaraq elan etmişdi.

"2021-ci ilin sözü" isə "peyvənd" olub./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026