Özbəkistanda zəlzələ olub.
Bakıvaxtı.az xəbər verir ki, yeraltı təkanlar Buxara vilayətinin ərazisində qeydə alınıb.
5 bal gücündə olan zəlzələ yerli vaxtla saat 03:57-də (Bakı vaxtı ilə 02:57-də) baş verib.
Zəlzələnin ocağı 15 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
















