• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu ölkədə qızılca epidemiyası elan edildi

DÜNYA

06 Dekabr 2023 | 08:19 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkədə qızılca epidemiyası elan edildi

Rumıniyada qızılca epidemiyası elan edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

    Məlumata görə, qızılcaya yoluxma hallarının həyəcanverici artımını, eləcə də xəstəxanalarda yoluxmuş uşaqların olmasını nəzərə alaraq, Rumıniyanın Səhiyyə Nazirliyi 9 yaşlı uşaqların peyvənd olunmasının mümkünlüyünü təmin etmək üçün milli qızılca epidemiyası elan edib.

    Hazırda ölkədə 41 əyalətdən 29-da 2 minə yaxın qızılcaya yoluxma faktı qeydə alınıb.

    Rumıniya Səhiyyə Nazirliyi ölkədə uşaqların 78%-nin peyvəndin ilk dozasını, peyvənd olunmaq hüququ olan uşaqların 62%-nin isə iki doza qəbul etdiyini bildirib. Eyni zamanda, son 10 ildə ölkədə peyvənd olunan uşaqların sayında azalma müşahidə olunur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    15 Noyabr 2026
    14 Noyabr 2026