Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz" İstehsalat Birliyi məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, “ŞİRVAN LTD” MMC Bakı Kommersiya Məhkəməsində “Azəriqaz"a qarşı iddia qaldırıb.
İddia mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.
Kommersiya mübahisəsi hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.
İbRa
















