• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Kütləvi zəhərlənmə olan məktəbdən YENİ XƏBƏR

CƏMİYYƏT

26 May 2023 | 11:56

Kütləvi zəhərlənmə olan məktəbdən YENİ XƏBƏR

Şəki rayonunun Qudula kənd orta məktəbində bir daha əlavə əsaslı təmizlik işləri aparıldıqdan sonra tədris bərpa olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, artıq ötən gündən sözügedən məktəbdə tədris davam edir.

Qeyd edək ki, mayın 23-də günorta saatlarında Şəki rayonunun Qudula kənd tam orta məktəbinin şagird və işçi heyəti arasında allergiya halları qeydə alınmış, 3 müəllim və 24 şagird olmaqla ümumilikdə 27 nəfər TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. İlkin araşdırmalara görə, zəhərlənməyə məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR