• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Pakistan Taliban”ı atəşkəsi dayandırıb

DÜNYA

11 Dekabr 2021 | 00:02 | Müəllif: Subhan Mahmudov

“Pakistan Taliban”ı atəşkəsi dayandırıb

“Pakistan Taliban”ı bir aydır davam edən atəşkəsin başa çatdığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban”dan müstəqil fəaliyyət göstərən “Pakistan Taliban” Hərəkatı (Tehrik-i-Taliban Pakistan -TTP) İslamabad administrasiyasını atəşkəs şərtlərini pozmaqda ittiham edib.

Ötən ayın 9 noyabrında imzalanan atəşkəs sazişinin birinci mərhələdə dekabrın 9-dək davam etməsi, daha sonra tərəflərin razılığı ilə uzadılması nəzərdə tutulurdu.

TTP hökumətin atəşkəs prosesində söz verdiyi kimi 102 “Taliban” üzvünü azad etmədiyini və ikitərəfli danışıqlar aparmaq üçün nümayəndə heyəti göndərmədiyini iddia edib.

TTP cümə axşamı verdiyi yazılı açıqlamada hökumətin verdiyi vədləri yerinə yetirmədiyini iddia edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026