Pakistanın Karaçi şəhərində yerləşən kimya fabrikində yanğın olub.
Bakıvaxtı.az Pakistanın “ASFEWORLD” telekanalına istinadən xəbər verir ki, hadisə şəhərin Korangi bölgəsində baş verib.
Naməlum səbəblərdən başlayan yanğın nəticəsində 13 nəfər həyatını itirib. Xeyli işçinin fabrikin içində köməksiz vəziyyətdə qaldığı bildirilir.
Məlumata görə, yanğınsöndürmə tədbirləri davam etdirilir. Hadisənin səbəbləri araşdırılır.
















