“Oxu nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatların nəticəsinə görə Azərbaycan dünyada 440-cı yerdədir. Biz təhsil nəticələrimiz Türkiyə və Şərqi Avropa ölkələrinə yaxındır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, koronavirus pandemiyası Azərbaycanın təhsilinə mənfi təsir edib: “Pandemiyanın təsirlərini biz gələcək illərdə də müşahidə edə biləcəyik. Bu proses təkcə bizdə deyil, əksər ölkələrdə təhsilin keyfiyyətinə təsir edib".
Nazir vurğulayıb ki, bu il ilk dəfə hər hansı məktəbi bağlamadan və distant təhsilə keçmədən tədris ili davam etdirilir.
Ramid İbrahimov




jpg-1686832560.webp)
jpg-1686831025.webp)










