• Bakı 20° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Fotosu ilə gündəm olan məzun kimdir?

CƏMİYYƏT

15 Iyun 2023 | 14:07

Fotosu ilə gündəm olan məzun kimdir?

Ötən gün sosial şəbəkələrdə məzun olan gəncin kuryer işlədiyi motosikletlə çəkilən görüntüsü gündəm olmuşdu.

Bakıvaxtı.az "Xəbər Ertəsi"nə istinadən xəbər verir ki, fotonun müəllifi olan fotoqraf Azər Azadoğlu bu anların necə ərsəyə gəlməsindən danışıb.

O qeyd edib ki, fotodakı şəxs Binəqədi ərazisindəki məktəblərin birində məzun olan Vüsaldır. Fotoqraf fotonu çəkdikdən sonra Vüsaldan icazə alıb və onun fotosunu paylaşıb.

"Onun atası vəfat edib. Ailədə 6 övlad - 2 qardaş, 4 bacıdırlar. Vüsal işləməyə məcbur olub. Mən ona təklif etdim ki,mənimlə çalışsın. Kuryerlik daimi iş deyil, əziyyətlidir. Əlimdən gəlsə, ona fotoqraflığı öyrədəcəyəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026