• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Dövlət satınalmasında qanun pozuntusu olub? - AÇIQLAMA  

CƏMİYYƏT

15 Iyul 2023 | 11:08 | Müəllif: Subhan Mahmudov

Dövlət satınalmasında qanun pozuntusu olub? - AÇIQLAMA

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi (ADRA) könüllü tibbi sığorta xidmətinin satınalınması ilə bağlı tender keçirib. Tenderin  nəticəsinə görə, 1 illik könüllü tibbi sığorta xidməti ADRA-nın 113 əməkdaşını, 6 rəhbər şəxsi və 16 ailə üzvünü (rəhbərliyin) əhatə edib.

ADRA-nın vəsaiti hesabına bu qurumun rəhbər şəxslərinin ailə üzvlərinin könüllü tibbi sığortalanmasını qanuni əsası varmı? 

Məsələ ilə Bakıvaxtı.az-ın göndərdiyi informasiya sorğusuna ADRA cavab verib. 

Cavabda qeyd edilib ki, Əmək Məcəlləsinin 306-cı maddəsinin 4-cü bəndində qeyd olub ki, işəgötürənlər, həmçinin onların birlikləri işçilərin mənafelərinin təmin olunması və əmək funksiyasının yüksək səviyyədə yerinə yetirilməsinə maraqlarının artırılması, onların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə əmək kollektivini və ya onun ayrı-ayrı üzvlərini qanunvericilikdə nəzərdə tutulmuş sığorta formalarından daha üstün sosial sığorta olunmasını həyata keçirə bilərlər. 

“Yəni Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin rəhbər şəxslərinin ailə üzvlərinin könüllü sığorta olunmasında heç bir qanun pozuntusu yoxdur”, - deyə. ADRA-dan bildirilib. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR