• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Azərsu” çəkmələr alır - 1,5 MİLYONLUQ SİFARİŞİN DETALLARI

CƏMİYYƏT

14 Avqust 2023 | 10:59

“Azərsu” çəkmələr alır - 1,5 MİLYONLUQ SİFARİŞİN DETALLARI

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti 1,5 milyonluq sifarişlər verib.

Bakıvaxtı.az xəbər verir ki, “Azərsu” çəkmələrin satın alınması”, “Goranboy və Göygöl sukanal sahələrinin xidməti ərazilərində istismarda olan su təmizləyici qurğular üçün kompressorların alınması və quraşdırılması işlərinin satın alınması”, “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası üçün cihazların satın alınması”, “Nasos aqreqatları üçün ehtiyat hissələrinin satın alınması” və “Azərsu” ASC-nin daxili vəsaiti hesabına su sayğacı üçün qutuların satın alınması” ilə bağlı tenderlərin nəticəsini açıqlayıb.

Tenderlərin qalibləri elan edilən "CREATE İNDUSTRY" Məhdud Məsuliyyətli Cəmiyyətilə (MMC) 418.489,36 manat,  "FLİTSTOK" MMC ilə 387.630 manat, "DOCTOR OF LABORATORIES" MMC ilə 175.961 manat, "KASKAD - HİDRO M" MMC ilə 154.037 manat və “BS. İNDUSTRY“ MMC ilə 415.360 manat dəyərində müqavilə imzalanacaq.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026