• Bakı 20° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

Parkdan kenquru balaları OĞURLANDI

DÜNYA

01 Oktyabr 2024 | 14:40

Parkdan kenquru balaları OĞURLANDI

Rusiyada naməlum şəxslər Kaluqa vilayətində parkdan iki kenquru balasını oğurlayıblar.

Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, faktla bağlı oğurluq maddəsi ilə cinayət işi açılıb

Hadisə oktyabrın 1-nə keçən gecə baş verib.

“Naməlum şəxslər əraziyə daxil olub, məhəllənin torunu kəsərək analarının kisəsini təzəcə tərk etməyə və özbaşına qidalanmağa başlayan körpələri aparıblar. Park işçilərinin fikrincə, kenquru balaları lazımi qayğı olmadan yaşaya bilməyəcək”, - deyə məlumatda vurğulanıb.

Analoji hadisə ötən həftə Yaroslavl zooparkında baş verib. Sentyabrın 26-dan 27-nə keçən gecə naməlum şəxslər Kroş adlı kenquru balasını qaçırıblar. Oğurluq faktı ilə bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

07 Oktyabr 2024