Tayvanda tayfun olub.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, “Konq-rey” tayfunu Tayvanın Hualien bölgəsini vurub.
Tayfun səbəbiylə insanlar təxliyə ediliblər. Haulien əyalətinin 13 rayonunda 3 min 25 vətəndaş 11 müvəqqəti sığınacaq və digər təhlükəsiz yerlərə aparılıb.
Adada iş yerləri və məktəblər bağlanarkən, qatar və avtobus xidmətləri dayandırılıb.
Nuriyyə Musayeva
















