• Bakı 15° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Şarl Mişel postunu təhvil verdi

DÜNYA

30 Noyabr 2024 | 09:32

Şarl Mişel postunu təhvil verdi

Avropa Şurasının rəhbəri və Belçikanın keçmiş Baş naziri Şarl Mişel öz səlahiyyətlərini portuqaliyalı Antonio Kostaya təhvil verib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Şurasının Brüsseldəki iqamətgahında səlahiyyətlərin verilməsinin rəsmi mərasimi keçirilib.

Kosta bu vəzifəyə 2024-cü ilin iyununda Aİ sammitində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin səlahiyyətlərinin uzadılması ilə eyni vaxtda təyin edilib.

Avropa Komissiyasının ikinci tərkibi Ursula fon der Lyayenin vəzifəyə başlaması ilə sinxron olaraq dekabrın 1-də işə başlayacaq.

Xatırladaq ki, belçikalı siyasətçi Şarl Mişel 2019-cu ildən Avropa İttifaqı Şurasının prezidenti postunu tuturdu.


SON XƏBƏRLƏR

18 Aprel 2025