"Qırmızı dənizdə İran-İsrail qarşıdurması təhlükəli həddə çatıb".
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə zorakılıq qövsü genişlənib:
"Yaxın Şərq ölkələrində xroniki gərginlik və münaqişələrin alovlanmasının mütəmadi olaraq təkrarlanması əsasən ABŞ-nin məsuliyyətsiz hərəkətlərinin nəticəsidir. Vaşinqton özünün destruktiv davranışı və regionda kəskin münaqişəli vəziyyətlərin həllində aparıcı vasitəçilik rolunu oynamaq istəyi ilə yalnız eskalasiya səviyyəsini artırır. İraq və Liviya xalqı hələ də Birləşmiş Ştatların macəralarının nəticələri ilə mübarizə aparır".
Gülşən Şərif