"Azərbaycan tərəfi sülhə hazırdır. Rəsmi Bakı müqavilənin imzalanması və sülh üçün bütün zəruri addımları atır".
Bu barədə Bakıvaxtı.az-a millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, burada bütün məsuliyyət Ermənistanın üzərinə düşür:
"Əgər İrəvan hökuməti konstruktiv mövqe nümayiş etdirərsə, həqiqətən sülhdə maraqlı olarsa, yekunda sənədə imza atmaq mümkün olacaq. Ancaq danışıqlar ərəfəsində bir bəyanat vermək, geri döndükdən sonra tamam fərqli açıqlamalar səsləndirmək bütövlükdə sülh prosesinə mənfi təsir göstərir və irəliləyişə maneçilik törədir”.
Müsahibimiz qeyd edib ki, əlbəttə, burada kənar dövlətlərin təsirini də gözardı etmək olmaz: “Təəssüf ki, Fransa kimi dövlətlər sülh prosesində nəticə əldə edilməsinə əngəl yaradır, imkan vermir”.
“Əgər Nikol Paşinyan hökuməti mövcud reallığı və həqiqətləri görməyi bacarsa, əks addımların nəyə səbəb olacağını dərk etsə, proses irəliyə doğru gedəcək", - deyə Ceyhun Məmmədov əlavə edib.
Aydın Baxış








jpg-1690196829.webp)







