• Bakı 17° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Paşinyandan istefa tələb edən keşiş meydandan niyə GETDİ?

DÜNYA

10 May 2024 | 10:08

Paşinyandan istefa tələb edən keşiş meydandan niyə GETDİ?

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan səhhətində yaranan problemlərə görə Respublika meydanını tərk edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Qeyd edilir ki, din xadiminə ayaqlarını müalicə etmək lazım idi: dünənki mitinqdən sonra arxiyepiskopun ayaqları şişib, üzərində sıyrıqlar və yaralar əmələ gəlib.

“Milli Cəbhə” teleqram kanalında yayımlanan videomüraciətdə Baqrat Qalstanyan əmin edib ki, o, bir müddət sonra meydana qayıdacaq və etirazçılarla yenidən görüşəcək.

Qalstanyan həmçinin videonu haqqında yayılan şayiələrə cavab olaraq yayımlamaq məcburiyyətində qaldığını bildirib.

O, meydandan getməsini Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla gizli görüşlər keçirməsi ilə əlaqələndirilməsini təkzib edib.

Ermənistanın hakimiyyətə yaxın mediası isə Qalstanyanın bütün ermənilərin katalikosu II Qaregin və eks-prezident Robert Köçəryanla məsləhətləşmək və onlardan yeni tapşırıq almaq üçün meydandan getdiyini yazır.

Baqrat Qalstanyan ötən gün İrəvandakı Respublika meydanında keçirilən çoxminli etiraz aksiyasına rəhbərlik edib. Mitinqdə baş nazir Nikol Paşinyanın istefası tələb olunub. Keşiş Baqrat Qalstanyan mitinq iştirakçıları adından Nikol Paşinyana istefa üçün 1 saat vaxt verib, lakin baş nazidən heç bir reaksiya olmayıb.Modern.az


SON XƏBƏRLƏR