• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Paşinyanın əmlakı yoxlanılacaq

DÜNYA

23 Noyabr 2022 | 10:39

Paşinyanın əmlakı yoxlanılacaq

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası ölkənin bütün dövlət məmurlarının əmlakının yoxlanılması üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Joxovurd” qəzeti yayıb.

Məlumata görə, əməliyyat qrupu vəzifəli şəxslərin bəyan edilməmiş biznes, daşınar və daşınmaz əmlakının olub-olmadığını yoxlamalıdır.

Qəzet yazır ki, Milli Təhlükəsizlik Xidmətinə təqdim edilən siyahıya yüksəkvəzifəli məmurlar, eləcə də ölkənin Baş Naziri Nikol Paşinyan, Baş nazirin müavinləri, ölkə Prezidenti Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan, deputatlar və digərləri daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR