• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Pekində yeni koronavirus ocağı aşkarlandı

DÜNYA

11 Iyun 2022 | 09:54 | Müəllif: Subhan Mahmudov

Pekində yeni koronavirus ocağı aşkarlandı

Çinin paytaxtı Pekinin şimal-şərqindəki Çaoyan rayonunda yeni koronavirus ocağı aşkar edilib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Pekinin Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, yerli barların birində infeksiya ocağı aşkarlanıb, son sutka ərzində bu rayonda 61 nəfərdə COVID-19-a aşkarlanıb.

Nəticədə Çaoyan rayonunda epidemiya tələbləri yenidən sərtləşdirilib, bir çox əyləncə məkanları müvəqqəti bağlanıb. Bundan başqa, son günlər infeksiya mənbəyinin qeydə alındığı ərazidə olan insanlar isə karantinə alınacaq.

Qeyd edək ki, Çaoyan Pekinin ən prestijli rayonlarından biridir. Burada çoxlu sayda əcnəbi yaşayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR