• Bakı 16° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Pensiyaçılara ŞAD XƏBƏR

CƏMİYYƏT

07 Oktyabr 2022 | 16:01

Pensiyaçılara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, 2022-ci ildə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın sonuncu rüb üzrə nəzərdə tutulan hissəsi (50 manat) də oktyabr ayının pensiyasının üzərinə əlavə olunub.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026