• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Pentaqon rəhbəri: "Çinlə müharibə nə yaxındır, nə də qaçılmaz"

DÜNYA

01 Iyun 2024 | 15:25 | Müəllif: Gülşən Şərif

Pentaqon rəhbəri: "Çinlə müharibə nə yaxındır, nə də qaçılmaz"

“Çinlə müharibənin nə yaxın, nə də qaçılmaz olduğunu düşünürəm”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Austin şənbə günü Sinqapurda Şanqri-La müdafiə forumunda danışıb.

Halbuki cümə gecəsi eyni forumda çıxış edən Filippin prezidenti Ferdinand Markos, təhlükənin real olduğunu deyib.

Onun sözlərinə görə, Cənubi Çin dənizində Çinin fəaliyyəti nikbinlik üçün əsas vermir.

Öz növbəsində Lloyd Austin prezident Markosun “Filippinin beynəlxalq hüquqa uyğun olaraq suveren hüquqlarını müdafiə edəcəyi” ilə bağlı cəsarətli çıxışına görə təbrik edib.

O, ABŞ-ın Filippin qarşısında olan öhdəliyinin “sarsılmaz” olduğunu söyləyib və Çinlə dialoqun vacibliyini vurğulayıb. (müsavat)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026