• Bakı 30° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Ukrayna bu ölkənin rəhbərinə qarşı iş açıb

DÜNYA

01 Iyul 2024 | 14:30

Ukrayna bu ölkənin rəhbərinə qarşı iş açıb

Ukrayna Baş Prokurorluğu Başqırdıstan rəhbəri Radiy Xabirov və Ufa şəhərinin meri Ratmir Mavliyevə qarşı iş açıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə departamentin mətbuat xidməti “Telegram”da məlumat yayıb.

Məlumata görə, onlar Ukraynanın dövlət sərhədinin dəyişdirilməsinə yönəlmiş hərəkətlər törətməkdə şübhəli bilinirlər.

“Başqırdıstan və onun paytaxtı Ufa şəhərinin rəsmiləri Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri rus qoşunlarının ehtiyaclarının maddi və maliyyə təminatına töhfə verirlər”.

Bildirilib ki, Baş Prokurorluq vəzifəli şəxsləri Ukrayna Cinayət Məcəlləsinin 110-2-ci maddəsinin üçüncü hissəsini pozmaqda şübhəli bilir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

02 Iyul 2024