• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Pep Qvardiola məşqçilik karyerasını BİTİRƏ BİLƏR

İDMAN

07 Dekabr 2023 | 15:16

Pep Qvardiola məşqçilik karyerasını BİTİRƏ BİLƏR

Pep Qvardiola məşqçilik karyerasını bitirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu ispaniyalı mütəxəssisin özü açıqlayıb.

“Mançester Siti”nin baş məşqçisi bildirib ki, 2024-cü ilin yayında fəaliyyətini başa vurması mümkündür. 52 yaşlı çalışdırıcı futbola vidanın hansı şərtlərdə reallaşacağını da qeyd edib: “Əgər bu mövsüm “trebl”ə imza atsaq, təqaüdə çıxacam. Bu qərarım qətidir. Bilirəm ki, belə addım atmaq çətindir. İngiltərədə möhtəşəm komandalar çox olub. Lakin yalnız Aleks Ferqyusonun rəhbərlik etdiyi komanda və biz bunu bacarmışıq”.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqa, İngiltərə kuboku və Çempionlar Liqasının qazanan “Mançester Siti” “trebl”ə imza atıb. “Şəhərlilər” İngiltərədə “Mançester Yunayted”dən sonra bunu bacaran ikinci komanda olub. 2008/09 mövsümündə “Barselona” ilə çempionluq, kubok və Çempionlar Liqası qazanan Qvardiola isə tarixə iki “trebl”ə imza atan ilk baş məşqçi kimi düşüb.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024