• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Peruda avtobus qəzası: 10 ölü

DÜNYA

11 Aprel 2023 | 08:39 | Müəllif: Qalib İbrahimoğlu

Peruda avtobus qəzası: 10 ölü

Perunun qərbində avtobusun uçurumdan aşması nəticəsində azı 10 nəfər ölüb, 25 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “La Republica” qəzeti məlumat yayıb.

Xəbərə görə, qəza zamanı Huanuko şəhərindən Limaya gedən avtobusda 76 nəfər olub. Zərərçəkənlərdən 12-si aldığı xəsarətlər səbəbindən xəstəxanaya yerləşdirilib.

Sərnişin daşıyan nəqliyyat şirkətinin məlumatına görə, avtobus yük maşını ilə toqquşaraq uçurumdan aşıb. Lakin polis gələn zaman hadisə yerində başqa maşın tapmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR