• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Peskov bu sözündən sonra yoxa çıxıb

DÜNYA

22 Avqust 2023 | 09:07 | Müəllif: Subhan Mahmudov

Peskov bu sözündən sonra yoxa çıxıb

Rusiya Prezidenti Vladimir Putinin spikeri Dmitri Peskov Rusiya Federasiyasında seçkilərlə bağlı qalmaqallı bəyanatından sonra ictimai məkandan yoxa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın BRIEF nəşri məlumat yayıb.

Bildirilib ki, Peskov sonuncu dəfə 4 avqustda brifinqdə iştirak edib

Nəşr xatırladıb ki, avqustun 6-da ABŞ-ın “Nyu York Tayms” qəzeti Dmitri Peskovun Rusiyadakı 2024-cü il prezident seçkilərilə bağlı “bizim prezident seçkilərimiz əslində demokratik deyil, bahalı bürokratiyadır. Putin gələn il 90%-dən çox səslə yenidən seçiləcək” deyə sitatını yayımlayıb. Daha sonra isə Peskov onun fikirlərini jurnalistlərin yanlış anladığını bildirib.

“O vaxtdan bəri Peskovdan xəbər yoxdur”, - nəşr qeyd edib.

Siyasi strateq Abbas Qalyamov da hesab edir ki, Putinin mətbuat katibi yalan danışıb. Onun fikrincə, Peskov Putinin gözündə rüsvay olub./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026