“İlk peyvəndlər doğum evində vurulur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, peyvənd doğumdan sonra ilk 12 saat ərzində vurulur.
A.Əliyeva qeyd edib ki, uşağa xəstəxanada 12 saat ərzində hepatit və vərəm əleyhinə peyvəndlər vurulmalıdır.
Bildirib ki, əgər problem yaranar və hər hansı səbəbdən vərəm əleyhinə peyvənd vurulmazsa, 1 yaşına qədər mütləq olunmalıdır.
"1 yaşdan sonra vərəm əleyhinə peyvənd vurulmur", - deyə Afaq Əliyeva bildirib.
Dediyinə görə, uşaq 6 yaşına qədər 11 infeksiyaya qarşı peyvənd olunur”.
A.Əliyeva onu da bildirib ki, Azərbaycana gətirilən vaksinlər tamamilə təhlükəsizdir və saxlanma qaydalarına əməl edilir.
Mina Mikayılova





jpg-1726829617.webp)








jpg-1726820783.webp)

