• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Piyadanı vurub qaçan sürücü saxlanıldı

HADİSƏ

12 Yanvar 2022 | 12:42

Piyadanı vurub qaçan sürücü saxlanıldı

Yanvarın 10-da saat 18 radələrində Nərimanov rayonunun "Baksol" yolunda müəyyən edilməmiş avtomobillə yolu keçən Lənkəran rayon sakini Fəzail İbrahimov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Daf” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin avtomobilin sürücüsü, Şəki rayon sakini R.Məmmədov saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026