• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Polisdən Sabirabadda təcili əməliyyat - Saxlanılan var

CƏMİYYƏT

23 May 2023 | 15:08

Polisdən Sabirabadda təcili əməliyyat - Saxlanılan var

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonunda əməliyyat keçirilib.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, tədbir zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Şakir Abdullayev saxlanılıb. Onun üzərinə və rayon ərazisində yaşadığı evə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd həmin tapançaya məxsus sandıqça, 1 ədəd “TOZ-8” modelli tüfəng və ümumilikdə 138 ədəd müxtəlif kalibrli patron aşkar edilərək götürülüb. Qeyd olunan faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şakir Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.


Polisdən Sabirabadda təcili əməliyyat - Saxlanılan var
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026