“Polistar” ticarət markası ilə boya istehsal edən “Polisan-Azərbaycan” MMC valyuta tənzimi qaydalarının pozulmasına görə cərimələnib.
Bakıvaxtı.az xəbər verir ki, “Polisan-Azərbaycan” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi əsasında protokol tərtib olunaraq iş Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Məcələnin 430.4-cü maddəsində qeyd edilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
İnzibati xətalar haqqında iş hakim Gültəkin Əsədovanın sədrliyilə araşdırılacaq.
İbRa















