• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polkovnik: "Döyüşdə general, əsgər, zabit söhbəti yox idi"

CƏMİYYƏT

01 Oktyabr 2021 | 11:59

Polkovnik: "Döyüşdə general, əsgər, zabit söhbəti yox idi"

“Bütün döyüşlərə rəhbərliyi Ali Baş Komandan İlham Əliyev edirdi. Düşmən oktyabrın 7-8-də Horadiz istiqamətində əks-hücuma keçmişdi. Amma bizim hərbçilərimizin şücaəti sahəsində onlar ağır itkilər verdi və geri çəkildilər”.

Bakıvaxtı.az-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının ordusuna göstərdiyi diqqət unudulmazıdır: “Döyüşdə general, əsgər, zabit söhbəti yox idi. Hamı döyüşçü idi. Amma erməni ordusunda zabitlər əsgərlərini atıb qaçırdılar. Ermənistan ordusunda minlərlə fərari var idi. İndi onlara qarşı cinayət işləri açılıb. Amma Azərbaycan Ordusu hər gün irəli gedirdi, hər bir vətəndaş ordu sıralarına qoşulmaq istəyirdi”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026