Polşa ERPBEL-ə (BYNEX kriptovalyuta birjasının operatoru) qarşı sanksiyalar tətbiq edib.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Polşa Daxili İşlər və İdarəetmə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, 2021-ci ildə şirkət Belarusun dövlətin nəzarətində olan ən böyük bankı olan Belarusbank ilə əsas tərəfdaşlıq əlaqələri qurub.
"Yüksək Texnologiyalar Parkının Belarus hakimiyyətindən birbaşa asılılığını nəzərə alsaq, onun strukturunda fəaliyyət göstərən təşkilatların, o cümlədən ERPBEL-in birbaşa Belarus dövlət qurumlarının nəzarəti altında olduğunu etiraf etmək lazımdır", – şirkətin sanksiya siyahısına əsaslandırmasında vurğulanıb.
Gülşən Şərif
Bakı 



