Polşanın 4 illik fasilədən sonra İsraildəki diplomatik missiyasının yeni rəhbəri Matsey Hunya bu ölkəyə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Prezidenti İsaak Hersoq “X” sosial şəbəkəsində yazıb.
O, səfirin təyin edilməsini iki xalq arasında münasibətlərin mürəkkəb tarixi fonunda mühüm addım adlandıraraq Polşanın Avropada və beynəlxalq arenada əhəmiyyətli rolunu qeyd edib.
Bəyanatda İsrailin Qəzzadan girovların qaytarılması istiqamətində davam edən səyləri və regionda sülh və sabitliyə nail olmaq istəyi xüsusilə vurğulanıb.
İsrail həmçinin Polşanın yeni seçilmiş prezidenti Karol Navrotskini təbrik edib və ikitərəfli əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu deyib.