"Ballıca kəndinin də bərpası artıq son mərhələdədir".
Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bunu Xocalı rayonunun Ballıca kəndinə köçən bir qrup sakinlə görüşü zamanı deyib.
"Mənə verilən məlumata görə, 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib. Evləri bərpa etmişik, kənd təsərrüfatı ilə məşğul olmaq üçün imkanlar yaxşıdır, torpaq münbitdir, hava da təmizdir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük", - dövlət başçısı deyib.