• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Prezident Davosda AYİB-in birinci vitse-prezidenti ilə görüşdü - YENİLƏNİB

SİYASƏT

19 Yanvar 2023 | 13:25 | Müəllif: Qalib İbrahimoğlu

Prezident Davosda AYİB-in birinci vitse-prezidenti ilə görüşdü - YENİLƏNİB

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, Bankın Azərbaycanda mühüm layihələrdə iştirak etdiyi vurğulanıb.

Avropa Yenidənqurma və İnkişaf Bankının Cənub Qaz Dəhlizinin reallaşmasına töhfəsi xüsusi qeyd edilib.

Söhbət zamanı perspektiv prioritetlər, o cümlədən nəqliyyat, logistika, informasiya texnologiyaları, bərpaolunan enerji sahələrində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

 

12:22

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026