• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Prezident Ərdoğan sabah Soçiyə səfər edəcək

DÜNYA

03 Sentyabr 2023 | 19:01 | Müəllif: Subhan Mahmudov

Prezident Ərdoğan sabah Soçiyə səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün sabah Soçiyə səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan və Putinin görüşündə ən mühüm gündəm mövzusu Rusiyanın 17 iyulda geri çəkildiyi Qara dəniz taxıl dəhlizi sazişi olacaq. İki lider razılaşmanın bərpası üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparacaq.

Rusiya-Ukrayna müharibəsi və Suriya başda olmaqla regional hadisələrin müzakirə ediləcəyi görüşdə iki ölkə arasında enerji, ticarət, iqtisadiyyat və turizm başda olmaqla əlaqələr də müzakirə olunacaq.

Dünyanın səbirsizliklə gözlədiyi toplantıda Rusiya qazının Türkiyə üzərindən Avropaya nəqli layihəsi də gündəmdə olacaq.

Ərdoğanın səfərindən əvvəl xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026