• Bakı 17° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Kəlbəcərdə İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyuldu - YENİLƏNİB

SİYASƏT

27 Iyun 2022 | 10:43

Kəlbəcərdə İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyuldu - YENİLƏNİB

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhərində İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub.

Bakıvaxtı.az xəbər verir ki, “ACN” şirkətinin icraçı direktoru Laura Konti Kəlbəcər şəhərində inşa olunacaq İşğal və Zəfər muzeyləri kompleksi barədə məlumat verdi. Qeyd olundu ki, hər iki muzey şəhərin mərkəzində salınacaq parkda tikiləcək.

Dövlətimizin başçısı İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydu.

***

26 iyun, saat 19:51

Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Kəlbəcər rayonuna səfər edib.

Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib.


SON XƏBƏRLƏR

19 Aprel 2024