• Bakı 20° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Prezident seçkilərdən danışdı
 

CƏMİYYƏT

06 Fevral 2024 | 14:05

Prezident seçkilərdən danışdı

Gürcüstan Prezidenti Salome Zurabişvili vətəndaşları, xüsusilə gəncləri və diaspor nümayəndələrini bu payızda keçiriləcək parlament seçkilərində mümkün qədər fəal olmağa çağırıb.

Bakıvaxtı.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə parlamentdə illik hesabatı ilə bağlı çıxışında bildirib.

Onun sözlərinə görə, bu, ölkə tarixində həlledici mərhələdir:

“Bunlar sadə seçkilər olmayacaq. İndi tariximizin həlledici mərhələsidir. Biz isə elə bir mərhələdəyik ki, gələcəyimizi seçkilər yolu ilə müəyyənləşdirməliyik: yeni idarəetmə modelinə, iqtisadiyyata, yəni yeni Avropa dövlətinə səs verməliyik”, - o qeyd edib.

S.Zurabişvili vurğulayıb ki, gürcü diasporunun bütün nümayəndələri, o cümlədən müxtəlif ölkələrdə qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşları seçkilərdə iştirak edə bilərlər.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026