• Bakı 8° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Fuad Nəcəfli muxtar respublikanın ictimaiyyətinə təqdim edildi - YENİLƏNİB

CƏMİYYƏT

23 Dekabr 2022 | 13:37 | Müəllif: Qalib İbrahimoğlu

Fuad Nəcəfli muxtar respublikanın ictimaiyyətinə təqdim edildi - YENİLƏNİB

Dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini muxtar respublikanın ictimaiyyətinə təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdən əvvəl Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Naxçıvan Muxtar Respublikasının həmişə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu, ölkəmizdə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev sosial-iqtisadi inkişaf məsələlərinin həlli ilə yanaşı, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsini, bütün sahələrdə şəffaflığın təmin edilməsini, inkişafa mane olan mənfi halların aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır.

Samir Nuriyev muxtar respublikanın yeni rəhbərliyinin qarşıda duran vəzifələrin vaxtında, tam və səmərəli şəkildə icrasını təmin etməklə Azərbaycan Prezidentinin göstərdiyi böyük etimadı doğruldacağına ümidvar olduğunu deyib.

 

13:10

"Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda".

Bakıvaxtı.az xəbər verir ki, bunu naxçıvanlı jurnalist Heydər Oğuz "Facebook" paylaşımında qeyd edib.

Onun bildirdiyinə görə, Fuad Nəcəfli vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, dünən Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub.

Ramid İbrahimov


Fuad Nəcəfli muxtar respublikanın ictimaiyyətinə təqdim edildi - YENİLƏNİBFuad Nəcəfli muxtar respublikanın ictimaiyyətinə təqdim edildi - YENİLƏNİBFuad Nəcəfli muxtar respublikanın ictimaiyyətinə təqdim edildi - YENİLƏNİBFuad Nəcəfli muxtar respublikanın ictimaiyyətinə təqdim edildi - YENİLƏNİBFuad Nəcəfli muxtar respublikanın ictimaiyyətinə təqdim edildi - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR