• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Priqojinin üsyanının səbəbi... - Kartapolov

DÜNYA

29 Iyun 2023 | 17:43 | Müəllif: Subhan Mahmudov

Priqojinin üsyanının səbəbi... - Kartapolov

Üsyan cəhdindən bir neçə gün əvvəl “Vaqner”in rəhbəri Yevgeni Priqojinə Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq zərurəti barədə məlumat verildi, lakin o, bununla razılaşmadı.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib.

O xatırladıb ki, qiyama cəhddən bir neçə gün əvvəl Müdafiə Nazirliyi döyüş tapşırıqlarını yerinə yetirən bütün birləşmələrin nazirliklə müqavilə imzalamalı olduğunu elan edib:

“Bundan sonra qərarı hamı icra etməyə başladı - cənab Priqojindən başqa hamı...”

Kartapolov bildirib ki, Priqojinə bu halda “Vaqner”in xüsusi hərbi əməliyyatda iştirak etməyəcəyi, yəni şirkətə heç bir maliyyə ayrılmayacağı haqda məlumat verilib:

“Bütün bunlardan sonra birincisi pul, ikincisi axmaq və hədsiz ambisiyalar, üçüncüsü həyəcanlı vəziyyət yaratdı. Bunlarsa birlikdə vətənə xəyanət cəhdi və yoldaşlarının aldadılmasıyla nəticələndi”./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026