• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Putin Çinə gedir

DÜNYA

16 Oktyabr 2023 | 18:31

Putin Çinə gedir

Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Vladimir Putin oktyabrın 17-18-də “Bir kəmər, bir yol” üçüncü Beynəlxalq Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasına səfər edəcək.

Səfəri çərçivəsində o, Pekində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcək.

"Görüşdə Rusiya-Çin hərtərəfli tərəfdaşlığının və strateji qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri, eyni zamanda, aktual regional və beynəlxalq problemlər müzakirə olunacaq. Forumun iştirakçısı olan dövlətlərin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır", - Kremlin yaydığı məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026