• Bakı 13° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Putin Türkiyəyə səfər etməyi planlaşdırır

DÜNYA

15 Iyun 2023 | 18:13 | Müəllif: Subhan Mahmudov

Putin Türkiyəyə səfər etməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, səfərin konkret tarixlər hələ müzakirə edilməyib.

"Türkiyə prezidenti bizim prezidentimizə onun Türkiyəyə səfərə dəvətini təsdiqləyib. Planlar var, lakin konkret tarixlər hələ müzakirə olunmayıb", - deyə Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Uşakov Rusiya Federasiyası Prezidentinin Türkiyəyə səfərinin planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala cavabında bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR