• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Putin və Makron Qarabağı müzakirə ediblər

SİYASƏT

26 Aprel 2021 | 22:06

Putin və Makron Qarabağı müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bakıvaxtı.az Kremlin saytına istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər:

"Vəziyyətin sabit olduğu, Rusiya və Azərbaycan Prezidentlərinin və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrası ilə bağlı işlərin planauyğun davam etdirildiyi məmnuniyyətlə qeyd edilib.

ATƏT-in Minsk qrupu da daxil olmaqla, Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə əməkdaşlıq etməyə qarşılıqlı hazırlıq ifadə edilib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026