• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Putinin Kim Çenə ödədiyi məbləğ açıqlandı

DÜNYA

17 Dekabr 2024 | 21:10 | Müəllif: Subhan Mahmudov

Putinin Kim Çenə ödədiyi məbləğ açıqlandı

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina silah tədarükü və Şimali Koreya əsgərlərinin göndərilməsi üçün 6 milyard dollar ödəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "New York Times" yazıb.

Seulda yerləşən Hankuk Xarici Araşdırmalar İnstitutunun hesablamalarına görə, Pxenyanın tədarük etdiyi silahların dəyəri 1,72 milyard dollardan 5,5 milyard dollara qədərdir.

5-20 min əsgər göndərmək üçün KXDR Rusiya Federasiyasından 143 milyon dollardan 572 milyon dollara qədər pul alıb.

Qərb və Ukrayna kəşfiyyatının məlumatına görə, Kursk bölgəsinə təxminən 11 min Şimali Koreya əsgərinin gəldiyini nəzərə alsaq, Pxenyan bunun üçün təxminən 315 milyon dollar əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026