• Bakı 25° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Putinin yeni hədəfi: Odessa?

SİYASƏT

19 Fevral 2024 | 16:24 | Müəllif: Qalib İbrahimoğlu

Putinin yeni hədəfi: Odessa?

Rusiyanın 2 gün əvvəl Avdeyevkanı işğal etməsindən sonra bir çox Qərb analitikləri Ukraynanın Rusiya ilə apardığı müharibədə məğlubiyyətin artıq qaçılmaz olduğunu söyləyir.

Fevralın 24-ü ikinci ildönümü gələn sözügedən qanlı savaşda Vladimir Putinin kartları açıq oynaması və Avdeyevkanı işğal etməsi Kreml üçün mühüm bir hadisə oldu. Qərbli ekspertlər hesab edirlər ki, bu əməliyyatın “qələbə” ilə yekunlaşması seçkilərdən əvvəl Rusiya ictimai mühitində Putinin özü üçün qazandığı nüfuzdur.

“Ət maşını” Sırskinin növbəti “uğuru”

Rus hərb taktikasının bilən Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edilməsindən sonra əslən rus olan Aleksandr Sırskinin adıçəkilən posta təyin edilməsi uzun müddət dalana dirənmiş müharibənin Kiyev üçün daha da pisləşəcəyini siqnal edirdi. Amerikalı analitiklər əmin idilər ki, Baxmut və Soledarın itirilməsində “əməyi olan” “qəssab” Sırskinin yarımmühasirəyə düşmüş Avdeyevkadan qoşunları çıxarması istisna edilmirdi.

2022-ci ilin fevralından bəri Rusiya ordusunun əsas hədəflərindən biri olan Avdeyevka uğrunda gedən şiddətli döyüşlərdə Ukrayna Silahlı Qüvvələrinin şəhəri müdafiə etməsinə baxmayaraq, son günlər aramsızcasına hücumlarını artıran Rusiyanın buranı ələ keçirməsi Putinin reputasiyası üçün çox önəmlidir. Müxalifət lideri Aleksey Navalnının həbsxanadakı müəmmalı ölümündən sonra Avdeyevka “zəfəri” martdakı seçkilər ərəfəsində Putin rejimi üçün yeni bir nəfəs oldu.

Putinin yeni hədəfi: Odessa, Xarkov, Nikolayev...

Amerikalı trampist jurnalist Taker Karslona verdiyi müsahibəsində Putinin söylədiklərinə diqqət yetirsək, görərik ki, Rusiya liderinin növbəti hədəfi Odessa, Nikolayev, Xarkov, Sumı və digər şəhərlərin işğal edilməsidir. İndiki perspektivdə Avdeyevkada əldə olunan “qələbə” Putin rejimi üçün Odessaya açılan qapı kimi qiymətləndirilir. Hazırda Ukraynada siyasi vəziyyətin gərginləşməsi də məhz bununla bağlıdır. Zelenski administrasiyasının davamlı hücumlarla bağlı verdiyi bəyanatlar, Qərbə qarşı tənqid dolu fikirlər, o cümlədən resursların tükənməsi fonunda Ukrayna hakimiyyətinin reallıqları qəbul etməməsi Moskvanın cəbhədəki əl-qolunu açdı.

Qərbdə Putinə simpatiya və yaxud xroniki rus sindromu

Bundan əlavə, Qərb mediasının Ukrayna hakimiyyəti ilə əlaqədar əvvəllər səsləndirdiyi fikirləri hazırda təkzib etməsi, habelə Putinin siyasi nüfuzunun qalxması ilə bağlı etirafları onu deməyə əsas verir ki, Ağ Evin siyasi kuluarında Ukrayna məsələsi artıq yekunlaşıb. Beynəlxalq ədalətin heç bir önəmli rol oynamadığı, eyni zamanda vacib bir mexanizm kimi çalışmadığı dünyada Ukrayna məsələsinin 38 milyona yaxın ukraynalının taleyinin məhvi üzərində qurulması isə həqiqətlərin acı reallığını göstərir. Hitler Almaniyasındakı kimi olmayan qüvvələrini xüsusi əməliyyatlara cəlb etməyə çalışan Zelenski ilə yanaşı 2 ildir Ukrayna bataqlığında boğaza qədər batmış Putin arasında əsas fərqi sonuncunun siyasi təcrübəsindən istifadə edərək həmlələr həyata keçirməsidir. Elə buna görə də Baxmut, Avdeyevka, Soledar, Mariupol, Tokmak, Melitopol, Berdyansk kimi önəmli şəhərlər Rusiya tərəfindən işğal edildi. Həmçinin Kreml ənənəvi “xroniki xəstəliyini” Əfqanıstan, Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanıda olduğu kimi, Ukrayna da göstərdi: müharibəni uzatmaq. Növbəti hədəf isə bəllidir: Odessa. Çox güman ki, Kremlin strateqləri Rumıniya sərhədinə rus ordusu dirənənə qədər müharibəni dayandırmaq niyyətində deyillər...

Rafi Müslümov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026