• Bakı 16° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Putinlə Cinpinin görüşü keçirildi - YENİLƏNİB

DÜNYA

21 Mart 2023 | 20:16

Putinlə Cinpinin görüşü keçirildi - YENİLƏNİB

Bu gün Kremldə Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin arasında geniş tərkibdə görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüşün yekununda Putin və Si Cinpin iki birgə sənəd imzalayıblar.

Bunlar iqtisadi əməkdaşlıq planları haqqında və tərəfdaşlığın dərinləşdirilməsi planları haqqında bəyanatlardır.

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Si Cinpini Rusiyada qəbul etməkdən çox şadıq.

O, çinli həmkarı ilə danışıqların uğurlu və konstruktiv keçdiyini söyləyib.

 

18:10

Moskvada səfərdə olan Çin sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün Kremlə gəlib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Cinpinin rəsmi qarşılanma mərasimindən sonra liderlər arasında görüş başlayıb. 

Danışıqlar bağlı qapılar arxasında aparılır.

Xatırladaq ki, martın 20-si Kremldə Cinpin və Putin arasında qeyri-rəsmi görüş keçirilib. Sözügedən görüş 5 saata yaxın davam edib.


SON XƏBƏRLƏR