• Bakı 18° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Qablaşdırma vasitələri üçün məcburi tələblər müəyyənləşdirilir

CƏMİYYƏT

27 Oktyabr 2025 | 15:04 | Müəllif: Subhan Mahmudov

Qablaşdırma vasitələri üçün məcburi tələblər müəyyənləşdirilir

Azərbaycanda "Qablaşdırmanın təhlükəsizliyi haqqında" texniki reqlament layihəsi hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, sənəd Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə hazırlanıb və ictimai müzakirələr başa çatdıqdan sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

Yeni texniki reqlamentin məqsədi insanların həyat və sağlamlığının, əmlakın, ətraf mühitin, həmçinin heyvan və bitkilərin qorunmasıdır. Sənəd eyni zamanda qablaşdırma vasitələrinin istehlakçıları yanlış yönləndirə biləcək hərəkətlərin qarşısını almağı hədəfləyir.

Reqlamentdə qablaşdırma və qablaşdırma vasitələri üçün məcburi tələblər, onların saxlanması, daşınması və utilizasiyası ilə bağlı normalar müəyyən edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026