• Bakı 12° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Azərbaycan və Rusiya arasında bu sahədə saziş imzalandı

CƏMİYYƏT

26 Noyabr 2025 | 13:50

Azərbaycan və Rusiya arasında bu sahədə saziş imzalandı

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və "Rusiya Dəmir Yolları" ASC arasında məlumatların ikitərəfli elektron mübadiləsi haqqında saziş imzalanıb.

Bakıvaxtı.az ADY-yə istinadən xəbər verir ki, saziş ADY sədri Rövşən Rüstəmov və "Rusiya Dəmir Yolları"nın baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov arasında keçirilən görüşdə imzalanıb.

Məlumata görə, saziş yük daşımalarının effektivliyinin artırılmasına və rəqəmsal sənəd dövriyyəsinin həyata keçirilməsinə tam imkan verəcək.

Görüş zamanı iki ölkənin dəmir yolu administrasiyaları arasında əməkdaşlığın inkişafı və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, marşrutların səmərəliliyinin yüksəldilməsi və daşıma proseslərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Tərəflər yükdaşımaların rəqəmsallaşdırılması, o cümlədən rəqəmsal həllərin tətbiqi, məlumat mübadiləsinin sürətləndirilməsi və logistika zəncirinin optimallaşdırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR

25 Noyabr 2025