• Bakı 19° C

    11.48 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Qanunsuz tikililər söküldü - VİDEO

CƏMİYYƏT

30 Sentyabr 2023 | 11:32

Qanunsuz tikililər söküldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Bakıvaxtı.az-a bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunun Nardaran, Kürdəxanı və Xəzər rayonunun Buzovna qəsəbələri ərazisində, eləcə də Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, o cümlədən yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.


SON XƏBƏRLƏR

10 May 2025