• Bakı 20° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı

İDMAN

31 May 2023 | 11:17

Qarabağ iki futbolçusu ilə vidalaşdı

"Qarabağ" klubu futbolçular Ramil Şeydayev və Filip Ozobiçlə vidalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi feyskbuk hesabı paylaşım edib.

"Köhlən atlar" oyunçularının müqavilələrinin başa çatdığını xatırladıb. Ölkə çempionu onlara xidmətlərinə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, Filip Ozobiç 2018-ci ildən "Qarabağ"ın formasını geyinib. Ramil Şeydayev isə 2017/2018 mövsümündə və 2021-ci ildən komandanın uğurları üçün çalışıb.


SON XƏBƏRLƏR

19 Aprel 2024